Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Rusiyanı danışıqlarda senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Amerika nümayəndə heyətindən isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maykl Anton və Milli Təhlükəsizlik Şurasından Endryu Pik iştirak edir.
Xatırladaq ki, dünən Ər-Riyadda ABŞ-Rusiya və ABŞ-Ukrayna nümayəndələri arasında paralel danışıqlar baş tutub.
Ayşən Rəhim, Bizim.Media