Almaniyadan XƏBƏRDARLIQ: Rusiya payızda bu ölkəyə hücuma HAZIRLAŞIR

Almaniyadan XƏBƏRDARLIQ: Rusiya payızda bu ölkəyə hücuma HAZIRLAŞIR

Hazırda oxunan: Almaniyadan XƏBƏRDARLIQ: Rusiya payızda bu ölkəyə hücuma HAZIRLAŞIR

240760

Almaniyalı hərbi tarixçi, Potsdam Universitetinin professoru Zönke Nayçel hesab edir ki, 2025-ci ilin yayı Almaniya üçün "sonuncu dinc yay" ola bilər. O, Rusiyanın payızda Litvaya hücum etmə ehtimalını irəli sürüb.

Bizim.Media xəbər verir ki, Nayçelin sözlərinə görə, Rusiya Belarusda genişmiqyaslı hərbi təlimlər elan edib və Baltikyanı ölkələr bu təlimlər zamanı Rusiya qoşunlarının sərhədi keçə biləcəyindən ehtiyatlanır.

O bildirib ki, NATO-nun 5-ci maddəsinin, xüsusilə də ABŞ üçün qüvvədən düşə biləcəyi ehtimalı mövcuddur:

"Biz görürük ki, Rusiya Belarusda böyük təlimlər elan edib. Baltikyanı ölkələrdə isə ciddi narahatlıq var ki, bu təlimlər zamanı Rusiya qoşunları sərhədi keçə bilər. Eyni zamanda, NATO-nun 5-ci maddəsi, xüsusən ABŞ üçün qüvvədən düşə bilər. Nəticədə, Rusiyaya qarşı sarsıdıcı təsir azalır". 

Bununla belə, professor Rusiyanın Ukraynadakı müharibə davam etdiyi müddətdə NATO ölkəsinə hərbi təcavüzə başlayacağına şübhə ilə yanaşır.
 

Nayçel Avropada müharibənin başlama ehtimalının artdığını və Almaniyanın buna hazır olmadığını vurğulayıb. O, Almaniyanın ən böyük probleminin sursat çatışmazlığı və döyüş dronlarının azlığı olduğunu bildirib.


Bəndesverin kəşfiyyat məsələsində hansı vəziyyətdə olduğu ilə bağlı suala cavab verən tarixçi qeyd edib ki, ABŞ kəşfiyyat dəstəyini dayandırarsa, bu, Almaniya üçün ciddi problemə çevriləcək. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO