Ağcabədidə 2 minik avtomobili toqquşub sürücü və sərnişin xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil "KİA" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"'ın sürücüsü rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu, sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu