Türkiyə klubu “Səbail”in futbolçusunu transfer edəcək

Türkiyə klubu “Səbail”in futbolçusunu transfer edəcək

Hazırda oxunan: Türkiyə klubu “Səbail”in futbolçusunu transfer edəcək

240714

"Səbail"in futbolçusu Rüfət Abdullazadə karyerasını "Erzurumspor"da davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, Türkiyə klubu onun keçidini yayda reallaşdırmaq niyyətindədir. Onun "Erzurumspor"a keçidi bu qış baş tuta bilərmiş. Lakin "Səbail"in Premyer Liqada qalmaq uğrunda mübarizə aparması futbolçunun ən azından yaya qədər komandada qalmasına səbəb olub.

Mövsümün sonunda isə Türkiyə klubu "Səbail"lə razılıq əldə edərək, Rüfəti heyətinə qatacaq. 24 yaşlı futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 25 görüşdə 5 qol vurub, 4 asist edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO