Samirənin Xankəndidə papaqatma macərası - VİDEO

Samirənin Xankəndidə papaqatma macərası - VİDEO

Hazırda oxunan: Samirənin Xankəndidə papaqatma macərası - VİDEO

240677

Aşıq Samirə Əliyeva Novruz bayramını Xankəndidə keçirib. İfaçı oradakı sakinlərin qapısına papaq atıb. 

Bizim.Media xəbər verir ki, həmin anları izləyiciləri ilə bölüşən Samirə bunları yazıb:
 

"Bir zamanlar evlərindən yeni didərgin düşmüş insanların qapılarına papaq atanda əksəriyyəti heç qapını açmırdılar. Uşaq idim deyə küsürdüm. Başa düşmürdüm ki, axı faciə yaşayan insanlarda hansı bayram əhvalı ola bilər, ay Samirə? Bəlkə süfrələri də boşdur. 


Allaha həmd olsun, o qəmgin xatirələri bu gün xoş xatirələrlə əvəz etmək nəsibimiz oldu.

Elindən, obasından didərgin düşənlər artıq öz isti yuvalarına dönüblər, bayramı elə bayram əhval-ruhiyyəsində qeyd edirlər. Bu xoş günləri bizə yaşadan Allaha həmd olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin". /Axşam.az


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO