Tramp: “Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm”

Tramp: “Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm”

Hazırda oxunan: Tramp: “Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm”

0:00
0:00
240658

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.
 

“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - o, əlavə edib.


Tramp həmçinin, Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib:

“2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-yə Corc Buş, 2014-cü ildə Krımın ilhaqı zamanı Barak Obama rəhbərlik edib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o, heç bir yerə hücum etməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO