İsrail “HƏMAS”a yeni barışıq planı təqdim etdi

İsrail “HƏMAS”a yeni barışıq planı təqdim etdi

Hazırda oxunan: İsrail “HƏMAS”a yeni barışıq planı təqdim etdi

240641

İsrail vasitəçi qismində çıxış edən Misir dövlətinin köməyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.
 

Belə ki, İsrailin planı Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyini və 16 ölünün cəsədini təhvil verəcəyini, ardınca isə 40 gün müddətinə barışıq əldə edəcəyini nəzərdə tutur.


HƏMAS daha sonra bütün qalan girovları azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin bu təklifini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO