Deputatdan müxalifətə İTTİHAM: “Onlar Ermənistanı qalib kimi təqdim edirlər”

Deputatdan müxalifətə İTTİHAM: “Onlar Ermənistanı qalib kimi təqdim edirlər”

Hazırda oxunan: Deputatdan müxalifətə İTTİHAM: “Onlar Ermənistanı qalib kimi təqdim edirlər”

24021

“Nə Cəmil Həsənli, nə Arif Hacılı nə də Əli Kərimli bu qəbildən olan bəyanatlarla Azərbaycan xalqına təsir edə bilməzlər. Onların bütün hərəkətləri bağlı olduqları çevrənin diqtəsi ilə həyata keçirilir. Çox təssüf ki, bu hərəkətlərin arxasında bir məqsəd durur. Mümkün qədər o qüvvələrdən daha çox vəsait əldə etmək”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Sahib Alıyev bildirib.

O, bildirib ki, bu radikallar regionda daim münaqişənin olmasını istəyən bəzi qüvvələrə çalışırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayevdən Arif Hacılıya sərt TƏNQİD – “Erməni ilə fərqinizi izah edə bilərsizmi?”


“Əslində hər bir müxalifət partiyasının məqsədi hakimiyyətə gəlməkdir. Ancaq bunların nələrə diqqət etdiklərini, hansı məsələləri qabartmaq istədiklərini gördükdə açıq-aydın hiss olunur ki, məqsədləri məhz qulluq etdikləri çevrələrə yarımaqdır. O çevrələr ki, uzun zaman bu münaqişənin həll olunmasının qarşısını alırdılar. Bu qüvvələr münaqişənin həllində vasitəçiliyi öz üzərilərinə götürdükləri halda, onu idarə etməklə məşğul idilər. Çünki düşünürdülər ki, onların geosiyasi maraqlarına bu cür vəziyyət cavab verir.

Regionda gərginlik davam etdikcə, onlar öz təzyiqlərini qoruyub saxlaya bilirdilər. Göründüyü kimi Əli Kərimli, Cəmil Həsənli və digərləri də məhz bu qüvvələrin tapşırığını yerinə yetirir. Bir çox hallarda da onların maraqlarına cavab verən açıqlamalar verirlər ki, qarşılığında nəsə əldə edə bilsinlər”.

Millət vəkili həmçinin qeyd edib ki, bu müxalif qüvvələrinin əsas məqsədi Azərbaycanın qanı bahasına qazandığı qələbəni kölgədə qoyub, havadarlarının işinə yaramaqdır.

“Mən dəqiq deyə bilmərəm ki, onlar ermənilərdən tapşırıq alır. Ancaq əminliklə vurğulaya bilərəm ki, içimizdə olan bu qüvvələr ermənilərdən geosiyasi alət kimi faydalanan çevrələrə bağlıdırlar. Bir çox hallarda da onların hərəkətləri ermənilərin etdikləri ilə sinxron olur.
 

Bütün dünya hətta ermənilərdən geosiyası maraqlarına görə istifadə edənlər də anlayır ki, bu savaşda Azərbaycan qələbə çalıb. Amma Əli Kərimlini, Cəmil Həsənlini və Arif Hacılını dinləyəndə adama elə gəlir ki, qələbə çalan Ermənistandı, Azərbaycan deyil”.


Sonda S.Alıyev cəmiyyətdə ixtişaşlar, çaşqınlıq yaratmaq istəyən qüvvələrə ismarıc da yollayıb:

“Sən bir müxalifət lideri kimi tənqid edə bilərsən, ancaq unutmaq lazım deyil ki, bu torpaqların azadlığı uğrunda bizim 3000-ə yaxın qeyrətli oğullarımız şəhid olublar. Onlar öz canları, qanları bahasına bu qələbəni əldə ediblər. Siz hansı haqqla, hansı mənəviyyatla bu qələbəyə kölgə sala bilərsiniz?”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO