Qırmızı Xaç Komitəsi əsir və cəsədlərin mübadiləsinə hazırdır

Qırmızı Xaç Komitəsi əsir və cəsədlərin mübadiləsinə hazırdır

Hazırda oxunan: Qırmızı Xaç Komitəsi əsir və cəsədlərin mübadiləsinə hazırdır

2402

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanla Azərbaycan arasında əsir və cəsədlərin dəyişdirilməsi prosesinə başlamağa hazırdır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin rabitə proqramlarının rəhbəri Zara Amatuni məlumat yayıb.

O, tərəflər arasında əsir və cəsəd mübadiləsini həyata keçirmək üçün istifadə edilən mexanizmləri izah edib:

"Prosesə başlamağa və mübadiləni həyata keçirməyə hazırıq, ancaq tərəflərin müvafiq müraciətini gözləyirik". 

Z.Amatuni qeyd edib ki, müraciəti münaqişə tərəfləri özləri razılaşdırmalıdır. Daha sonra BQXK münaqişə tərəfləri ilə əlaqəli olaraq mübadilə prosesini həyata keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO