Litvalı professor, elmlər doktoru, 43 monoqrafiyanın, 1400-dən artıq məqalənin, 60-dan artıq kitabın müəllifi olmuş Alqimantas Liyekisin “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə tacik dilinə tərcümə edilib.
Bizim.Media-ya səfirlikdən verilən məlumata görə, kitabda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İrandan köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Tacikistan arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO
Litva Elmşünaslıq İnstitunun sifarişi ilə litvalı müəllifin 2016-cı ildə öz ana dilində yazdığı “XX əsrdə Qafqazda xalqların köçü” adlı kitabı bundan öncə rus dilində də nəşr edilib.
A.Liyekisin kitabının rus dilində nəşri Tacikistanın bir sıra tanınmış ictimai xadimlərinə təqdim edildiyi zaman onlar arasında maraq doğurduğu səfirlik tərəfindən nəzərə alınıb.
Belə ki, kitabla daha da geniş oxucu auditoriyasının tanış edilməsi məqsədilə tacik dilinə tərcümə olunaraq, nəşr edilib.
Bizim.Media