Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib. “Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Region
22:15 / 13.03.2025
Arkadi Qukasyandan qondarma rejimlə bağlı növbəti ETİRAF
Hazırda oxunan: Arkadi Qukasyandan qondarma rejimlə bağlı növbəti ETİRAF
Hazırda oxunan: Arkadi Qukasyandan qondarma rejimlə bağlı növbəti ETİRAF
239201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.