Ermənistan xarici işlər nazirinin bütün müavinləri vəzifələrindən istefa veriblər.
Bizim.Media “Sputnik armenia”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ayvazyanı istefaya məcbur edən SƏBƏBLƏR
Bildirilib ki, istefa ərizələri ötən həftə baş nazir dəftərxanasına təqdim olunub.
Xatırladaq ki, xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da istefa veriblər.
Bizim.Media