Ermənistanda seçki gərginliyi: “Hər şey o qədər pisdir ki,...\

Ermənistanda seçki gərginliyi: “Hər şey o qədər pisdir ki,...\"

Hazırda oxunan: Ermənistanda seçki gərginliyi: “Hər şey o qədər pisdir ki,...\"

23864

Bu gün İrəvan şəhərində təşviqat aparmağa başlayan "Maariflənmiş Ermənistan" partiyasının lideri Edmond Marukyan ilə Ararat bölgəsinin sakini arasında mübahisə baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yerləşdirilib.

Vətəndaş Marukyana seçki kampaniyasını paytaxtda başlamasından narazılığını bildirib.

O, siyasətçini ictimai nəqliyyatın olmadığı Nor Kyurin kəndinə getməyə və insanların orada necə yaşadığını görməyə və paytaxtın mərkəzində gəzməməyə çağırıb:

"Niyə bizə gəlmirsiniz? Baxın, necə yaşayırıq! Yalnız nə vəd etdiyinizi bilirsiniz".

Partiya lideri vətəndaşa "Maariflənmiş Ermənistan" təmsilçilərinin Sünikdə təşviqat apardıqlarını və sabah Ararat bölgəsinə yola düşəcəklərini cavablandırıb.

Ancaq bu cavab qadını sakitləşdirməyib. O, həmkəndliləri ilə ən yaxın stansiyaya 12 kilometr piyada getməli olduqlarına görə qəzəbləndiyini bildirib:

“Hər şey o qədər pisdir ki, siyasətçilərdən heç biri təşviqat üçün ora gəlmir”.

Qadın yenidən siyasi qüvvələri boş vədlərdə günahlandırıb.

Bu isə Marukyanı bərk qəzəbləndirib:

"Yerinə yetirmədi ona görə ki, Ararat bölgəsində respublikaçılara 70%, Paşinyana isə 73%  səs verdilər. Onları seçməyə davam etsəniz, heç nə dəyişməyəcək”.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası 7 iyun tarixində başlayıb və 18 iyunadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO