Ağdamda Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək

Ağdamda Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək

Hazırda oxunan: Ağdamda Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək

238457

Ağdamda XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakirin ev muzeyi inşa ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Qasım bəy Zakir və Qarabağ ədəbi - ictimai mühiti” mövzusunda elmi konfransda bildirilib.

Konfransda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı iştirak ediblər.

Ağdam Muğam Mərkəzində davam edən konfransda Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən söz açıblar.

Qeyd olunub ki, Xındırıstan kəndində ədibin ev muzeyinin inşa edilməsi nəzərdə tutulub. Yaxın müddətdə muzeyin inşasına başlanılacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO