Erməni polkovnikdən ŞOK ETİRAF: “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdıq” - VİDEO

Erməni polkovnikdən ŞOK ETİRAF: “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdıq” - VİDEO

Hazırda oxunan: Erməni polkovnikdən ŞOK ETİRAF: “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdıq” - VİDEO

23825

Erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olmasından sonra, sosial şəbəkələrin erməni seqmentində erməni komandirlərindən birinin sensasiyalı açıqlaması yayılıb.

Bizim.Media xəbər verir ki, “Twitter”də yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz.
 

MÖVZU İLƏ BAĞLI:

Serj Sarkisyan: “And içirəm ki, Paşinyanın yerində olsaydım, özümü güllələyərdim”


Polkovnik Koryun Qumaşyan qürurla deyir:

"Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsi təqdim edəcəm”.

Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan silahlı qüvvələrinin haqlı qəzəbinə müqavimət göstərmək fürsəti olmayan erməni hərbçiləri davam edən terror siyasətini gizlətmirlər.

Bunlar müharibə cinayətləri deyil, sadəcə terrorizmdir.

Dünya birliyi nəhayət vəziyyəti anlamalı və Azərbaycan torpağında terrorizmə qarşı ciddi sözünü deməlidir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO