Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI 

Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI 

Hazırda oxunan: Mübahisə etdiyi şəxsi döyərək öldürdü - Sumqayıtdakı QƏTLİN DETALLARI 

23819

İyunun 6-da şəhər sakini Vahid İmanlının aldığı xəsarətlər nəticəsində ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prorurorluğundan Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO