71 mina və 38 mərminin yerini tapan siçovuldan YENİ XƏBƏR VAR - FOTO

71 mina və 38 mərminin yerini tapan siçovuldan YENİ XƏBƏR VAR - FOTO

Hazırda oxunan: 71 mina və 38 mərminin yerini tapan siçovuldan YENİ XƏBƏR VAR - FOTO

23771

Kambocada qəhrəmanlığına görə qızıl medalla mükafatlandırılmış “Maqava” ləqəbli siçovul təqaüdə çıxır.

Bizim.Media xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Məlumata görə, gəmirici beş illik karyerası ərzində Kambocada 71 mina və 38 partlamamış mərminin yerini müəyyənləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Müharibəni udan HEYVANLAR – Çavuş meymun, casus siçanlar...


“Maqava” Belçikada qeydiyyata alınmş “Aroro” xeyriyyə təşkilatında heyvanlara yerüstü minaların aşkar edilməsini öyrədən təlim keçib. Təlimlərdə siçovulları qoxu ilə partlayıcı maddənin mövcudluğunu müəyyən etməyə öyrədirlər, bunun sayəsində onlar adi metal qırıntısına əhəmiyyət vermirlər.

Heyvanlar yalnız partlayıcı maddəni tapıb, torpağı qazmağa başlayırlar və bu zaman işlərə artıq insanlar da qoşulurlar. “Maqava” tennis kortu ölçüsündə ərazini cəmi 20 dəqiqə ərzində axtarmağa qadirdir.

"Maqava” özünün parlaq beş illik karyerası ərzində kişilərin, qadınların və uşaqların həyatlarını gizli minalardan və müharibənin başqa öldürücü qalıqlarından birbaşa xilas edib.
 

“Maqava” ötən ilin sentyabrında qəhrəmanlığına görə, PDSA qızıl medalı ilə mükafatlandırılıb. Bu mükafatı heyvanlar üçün "Georgi xaçı" adlandırırlar. O, xeyriyyə təşkilatının 77 illik tarixində mükafat almış ilk siçovuldur. Daha əvvəl itlər, pişiklər, atlar və göyərçinlər bu mükafatları alıb.


Qeyd edək ki, “Maqava” yeni təlim keçənləri öyrətmək üçün daha bir neçə həftə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO