"Komanda yoldaşım Maks Ferstappenə görə təəssüf hissi keçirirəm. Yaxşı yarış keçirdi və qələbəyə layiq idi".
Bizim.Media xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Serxio Peres deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı
Meksikalı sürücü yarışın onlar üçün fantastik alındığını bildirib: "Lüis Hemilton mənə yaxın idi, ancaq yarışı istədiyimiz kimi bitirməyi bacardıq. Onun təzyiqini hiss edirdim. İlk pilləni əldə verməyəcəyimdən əmin idim".
Bizim.Media