Qarabağda müharibə hələ bitməyib, yalnız atəşkəs bağlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Nur-Sultanda səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstanın erməni icması ilə görüşü zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan prezidenti Ermənistanı “dost ölkə” adlandırdı - FOTO
"Atəşkəs əldə edildi, ancaq müharibə sona çatmadı, sülh müqaviləsi yoxdur. Qarabağın (“Artsax”) statusu məsələsinin hara doğru irəliləyəcəyi, danışıqların nə zaman başlayacağı və necə davam edəcəyi, Ermənistan və Azərbaycan arasındakı sərhəd hadisələrinin necə inkişaf edəcəyi məlum deyil”. “Armeniasputnik.am” saytı prezidentin mətbuat xidmətindən sitat gətirib.
O, Ermənistan vətəndaşlarının özünü “keçmiş” və “indiki”, “qara” və “ağ” a bölməsini qəbuledilməz hesab edib.
Sarkisyan əmindir ki, yalnız erməni xalqına səyləri birləşdirmək çətin siyasi və iqtisadi böhrandan çıxmağa imkan verəcək.
Bizim.Media