Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində – AZTV-nin operatoru Sirac Abışov və AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, başsağlığı mətnində bildirilir:
MÖVZU İLƏ BAĞLI:
“Vikipediya”da “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradıldı
“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar."
"Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.
Bizim.Media