Ermənistanın “armeniasputnik.am” saytı elə indicə Azərbaycanla bağlı növbəti feyk xəbər yayıb.
Bizim.Media xəbər verir ki, guya Azərbaycan hərbçiləri Ermənistanla sərhəddə odlu silahdan istifadə edib.
İnsidentin Göyçə mahalının Basarkeçər rayonunun Zərkəndində (indiki Kut) baş verdiyi iddia edilir.
Mənbə yazır ki, azərbaycanlılar kənd çobanına və onun sürüsü istiqamətinə atəş açıblar. Nəticədə çobanın atı öldürülüb və 100 baş mal-qara oğurlanıb.
Hollivudun macəra filmlərinə bənzəyən bu xəbərin sonu lap gülməli səslənir: “Çobanın atı öldürülüb, 100 baş heyvan oğurlanıb”.
Erməni saytına ötürülən bu xəbərin dezo olduğu aydınca görünür. Belə çıxır ki, çoban atı və sürüsü ilə Azərbaycan sərhədini keçib və sərhəd pozucusu kimi layiqli cəzasını alıb.
Sosial şəbəkələrin Ermənistan seqmentində isə bu mənzərə belədir:
Hər Azərbaycan postunun yanında yaşı 60-dan yuxarı olan kənd adamları keşiş çəkirlər. Avtomat silahdan atış açılması, atın öldürülməsi və sürünün qaçırılması niyə onların diqqətindən yayınıb. Filmin sonluğu başlanğıcı ilə heç də üst-üstə düşmür...
Bizim.Media
- A-
- A
- A+
Region
22:20 / 05.06.2021
Ermənilərdən daha bir FEYK – “Azərbaycan hərbçiləri erməni çobanın atını güllələyib”
Hazırda oxunan: Ermənilərdən daha bir FEYK – “Azərbaycan hərbçiləri erməni çobanın atını güllələyib”
Hazırda oxunan: Ermənilərdən daha bir FEYK – “Azərbaycan hərbçiləri erməni çobanın atını güllələyib”
23691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.