Şəhid operator Sirac Abışov torpağa tapşırıldı - YENİLƏNİB     

Şəhid operator Sirac Abışov torpağa tapşırıldı - YENİLƏNİB     

Hazırda oxunan: Şəhid operator Sirac Abışov torpağa tapşırıldı - YENİLƏNİB     

23608

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

Bizim.Media-nın məlumatına görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Bizim.Media-nın xəbərinə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində Sirac Abışovun yaşadığı evdə  keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid operator Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO