Mətbuatda Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə təbii qazdan istifadəyə görə 592 412 manat borc yazılması haqqında məlumatlar dərc olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu borc “Azəriqaz” QSC-nin fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir.
Borc böyük məbləğdə olsa da, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 04.06.2021
“Azəriqaz”dan məscidin borcu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Azəriqaz”dan məscidin borcu ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: “Azəriqaz”dan məscidin borcu ilə bağlı AÇIQLAMA
23519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.