“Golden Horn” hotelindən QANUNSUZLUQ – AYNA-ya məxsus parklanma yerini ZƏBT EDİB – FOTOFAKT

“Golden Horn” hotelindən QANUNSUZLUQ – AYNA-ya məxsus parklanma yerini ZƏBT EDİB – FOTOFAKT

Hazırda oxunan: “Golden Horn” hotelindən QANUNSUZLUQ – AYNA-ya məxsus parklanma yerini ZƏBT EDİB – FOTOFAKT

235118

Atatürk prospektində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə  (AYNA) məxsus parklanma yerinin “Golden Horn” hoteli tərəfindən zəbt edildiyi idda olunur.

Bu barədə Bizim.Media-ya paytaxt sürücülərindən biri şikayət edib.

Bildirib ki, sözügedən ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) pullu parklanma yeri və bunu təsdiqləyən lövhə olmasına baxmayaraq, avtomobili saxlamaq mümkün deyil:

“Orda maşın saxlamağa yer yoxdur. “Golden Horn” ərazini mənimsəyib. Hətta hotel həmin əraziyə öz parklanma lövhəsini də qoyub. Halbuki ora AYNA-nın balansındadır”.

Mövzu ilə bağlı öncə hotelə, daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sual ünvanladıq.

Hotelin sualımızı cavablamaq istəməyən xanım əməkdaşının cavabı kəsə oldu:

“Narazılıq varsa, əlaqədar qurumlara rəsmi şikayət edilsin. Onlar sizin cavabınızı verərlər”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə sözügedən məsələ ilə bağlı nəzarət tədbirlərinin gücləndirildiyini bildirdi:

“Avtomobil yollarının kənarında nəqliyyat vasitələrinin parklanması üçün təşkil olunan yerlərin müxtəlif vasitələrdən istifadə etməklə kustar üsullarla məhdudlaşdırılması qadağandır. Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür”.
 

Məlumat üçün bildirik ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub.


Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Mövzunu diqqətdə saxlayacağıq.






Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO