Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qurumun feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinin izləyicilərinə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı idarənin "Facebook" səhifəsində məlumat paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Məscidə yalnız bu şəxslər buraxılacaq - QMİ
"Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq var."
"Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək. Allah sizi xeyirli işlərdə müvəffəq etsin", - məlumatda qeyd olunub.
Bizim.Media