Şəhid Mübariz İbrahimovun anası ilə bağlı yayılan xəbərlər YALANDIR - ÖZƏL

Şəhid Mübariz İbrahimovun anası ilə bağlı yayılan xəbərlər YALANDIR - ÖZƏL

Hazırda oxunan: Şəhid Mübariz İbrahimovun anası ilə bağlı yayılan xəbərlər YALANDIR - ÖZƏL

23427

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın vəfat etməsi barədə sosial şəbəkələrdə xəbər yayılıb.

Məsələ ilə bağlı Bizim.Media Şamama xanımın ailəsi ilə əlaqə saxlayıb. Telefona özü cavab verən şəhidin anası yayılan xəbərlərin əsassız olduğunu deyib.

"Dünən Bakıda Mübarizin qəbrini ziyarət etdim. Qayıdanda haqqımda bu cür xəbər eşitdim. Bilmirəm bu əsası olmayan xəbərləri kim yayır?",- deyə o, bildirib.

Qeyd edək ki, Şamama xanım haqqında bu cür  yalan məlumatlar bir neçə dəfə də yayılıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO