“Gələcəkdə hər bir şəxs üçün əsas gəlirin qeyd-şərtsiz ödənilməsi reallığa çevriləcək”.
Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı səsləndirib.
"İndi tez-tez bəhs edilən qeyd-şərtsiz əsas gəlir, düşünürəm ki, baş verəcək. Müvəffəqiyyətimizdən, ailəmizin mövqeyindən asılı olmayaraq gələcəkdə uşaqların, həm də ən vacib sosial xidmətlərə və imkanlara girişi olanların hüquqları bərabərləşəcək”, deyə o, qeyd edib.
"Bunu dövlətin yeni funksiyası kimi görürəm, çünki bu imkanları dövlətin özü yaradır". “RİA Novosti” agentliyi Kudrinin dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, sosial məsələlər indi dövlətin xüsusi diqqət mərkəzində olmalıdır:
“Həm dövlət, həm də özəl sektor səviyyəsində sosial məsuliyyət çox vacibdir".
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2-5 iyun tarixlərində əyani formatda keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:44 / 03.06.2021
Rusiya dövlətinin yeni funksiyası nə olacaq? - VACİB AÇIQLAMA
Hazırda oxunan: Rusiya dövlətinin yeni funksiyası nə olacaq? - VACİB AÇIQLAMA
Hazırda oxunan: Rusiya dövlətinin yeni funksiyası nə olacaq? - VACİB AÇIQLAMA
23419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.