Rusiyanın Ermənistandakı səfiri Azərbaycanla sərhəddədir - SƏBƏB

Rusiyanın Ermənistandakı səfiri Azərbaycanla sərhəddədir - SƏBƏB

Hazırda oxunan: Rusiyanın Ermənistandakı səfiri Azərbaycanla sərhəddədir - SƏBƏB

23416

Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin iyunun 2-dən bəri Zəngəzur mahalında (Sünik vilayəti) işgüzar səfərdədir. 

Bizim.Media xəbər verir ki, Rusiyanın Ermənistandakı səfirliyi bu barədə Facebook səhifəsində məlumat yayıb.

Rusiya diplomatik nümayəndəliyinin rəhbəri Gorus-Qafan magistral yolunda (Vorotan, Şurnux) yerləşən nəzarət-buraxılış məntəqələrindəki erməni və rus sərhədçilərinin xidməti, habelə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd keşikçiləri tərəfindən həll edilmiş tapşırıqlarla tanış olub.

“Armenpress.am” saytı yazır ki, Qafanda Sergey Kopırkini şəhər meri Gevorg Parsyan qarşılayıb, səfirə şəhərdəki mövcud sosial-iqtisadi vəziyyət barədə məlumat verib, bölgənin təhlükəsizliyin təmin olunmasında sərhədçilərin iştirakına görə Rusiyaya təşəkkür edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO