Gədəbəyin İvanovka kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gedərək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verib və qadın Göygöl rayon 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bizim.Media-nın məlumatına görə, daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirkəri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 03.06.2021
Gədəbəydə ahıl qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı
Hazırda oxunan: Gədəbəydə ahıl qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı
Hazırda oxunan: Gədəbəydə ahıl qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı
23403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.