Dövlət Agentliyi Ekoloji Təhlükəsizlik Xidmətinin ittihamlarına cavab verdi - DETALLAR

Dövlət Agentliyi Ekoloji Təhlükəsizlik Xidmətinin ittihamlarına cavab verdi - DETALLAR

Hazırda oxunan: Dövlət Agentliyi Ekoloji Təhlükəsizlik Xidmətinin ittihamlarına cavab verdi - DETALLAR

23312

Bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə məxsus boru vasitəsilə çirkab suyun dənizə axıdılması ilə bağlı məlumat yayılıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, agentliyin çirkab suların formalaşmasına gətirib çıxara biləcək və bu suların təmizlənmədən axıdılmasına səbəb ola biləcək heç bir təsərrüfat sahəsi mövcud deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Çirkab suları ilə dolan Bakı ÇİMƏRLİKLƏRİ – Yerli icra orqanları tapşırığa niyə əməl etmir?


“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir. 

Sözügedən nasosxana 2013-cü ildə Buzovna-Mərdəkan-Şüvəlan-Qala avtomobil yolunda inşa edilib. Məqsəd sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaj vasitəsilə nasosxananın su anbarına yığmaqdır. 

Anbara yığılan su qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadan oradan isə 4715 p/m uzunluğa malik boru vasitəsilə dənizə axıdılır. 
 

Lakin son vaxtlar sözügedən xəttə kənar müdaxilə ilə çirkab suların axıdılması müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, kənar müdaxilə çirkab suları xüsusi maşınlar vasitəsilə fərdi yaşayış evlərindən çəkərək daşıyan bəzi sürücülər tərəfindən edilir.


Belə ki, həmin sürücülər tərəfindən çirkab suları qrunt və yağış suları üçün nəzərdə tutulmuş sözügedən drenaj xətlərinə axıdılır. 

Artıq drenaj xəttinə müdaxilə olunan nöqtə aşkar edilib və agentlik tərəfindən həmin ərazi nəzarətə götürülüb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO