DİN-dən hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət - VİDEO

DİN-dən hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət - VİDEO

Hazırda oxunan: DİN-dən hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət - VİDEO

23299

Daxili İşlər Nazirliyi (DİN) “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə TÖVSİYƏ - Bu yollardan keçin 


"Məlumat verildiyi kimi, “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tovsiyə edirik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO