Bakıda “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq - FOTO

Bakıda “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq - FOTO

Hazırda oxunan: Bakıda “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisi açılacaq - FOTO

23232

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyunun 4-də saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.

Qalereyadan Bizim.Media-ya bildirilib ki, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.

Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alacaq.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO