"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.
Bizim.Media xəbər verir ki, Sinan Kaloğlu ilə yollarını ayıran "Kayserispor" rumıniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "NTV Spor" məlumat yayıb.
Super Liqa təmsilçisi hazırda ölkəsinin "Petrolul Ploieşti" klubunu çalışdıran Mutu ilə danışıqlar aparır. Tərəflər anlaşa bilsə, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
![“Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda? “Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda?](https://bizim.media/file/articles/2025/01/27/1738003988_5242371609472395825.jpg)
- A-
- A
- A+
İdman
22:54 / 27.01.2025
“Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda?
Hazırda oxunan: “Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda?
Hazırda oxunan: “Neftçi”nin sabiq məşqçisi Türkiyə klubunda?
232022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.