Bu kafe və restoranlar CƏRİMƏLƏNDİ 

Bu kafe və restoranlar CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Bu kafe və restoranlar CƏRİMƏLƏNDİ 

23186

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu kafe və restoranlar CƏRİMƏLƏNDİ


Qurumdan Bizim.Media-ya bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 31-də ölkə üzrə 436 ictimai iaşə obyektində 742 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu‎, R. M. Şərifli küç., ev 2524 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus “Çayçı” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu‎, Şərifli küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus “Rozmarin” restoranı;

3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61‎ ünvanında yerləşən, fiziki şəxs Yaqubova Vüsalə Bəkir qızına məxsus “Osman bəy” restoranı;

4. Bakı şəhəri, Xəzər ‎rayonu, Mərdəkan qəs., Muxtar Hüseynov küç., ev 31A ünvanında yerləşən, fiziki şəxs Səfərov Nurlan İmran oğluna məxsus “Şam bağı” restoranı;

5. Bakı şəhəri, Yasamal ‎rayonu, Ə. Ələkbərov küç., ev 13V ünvanında yerləşən, fiziki şəxs İsmayılov Mirnemət Mirbəşir oğluna məxsus kafe;

6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Tural Polad oğluna məxsus “Ülkər lahmacun" kafesi;

7. Gəncə şəhəri, Ş. İ. Xətai küçəsində yerləşən, fiziki şəxs Əliyev Əziz Camal oğluna məxsus kafe;

8. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Kazımov Elman Ələsgər oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO