Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında GİZLİ RAZILAŞMA

Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında GİZLİ RAZILAŞMA

Hazırda oxunan: Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında GİZLİ RAZILAŞMA

23164

Rauf Arifoğlu və İqbal Ağazadə bir-biriləri haqqında mətbuata açıqlama verməmək razılığına gəliblər.

Bizim.Media xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru və Ümid partiyasının sədri İqbal Ağazadə 2020-ci ildəki növbədənkənar seçkilərdə bir-birinə rəqib olublar.

Seçkilərdən sonra parlamentdə onlardan birinin yerinin hələ də boş qalması hər iki siyasətçinin rəqabətini kritikləşdirib.

35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliklərini səsverməyə çıxaran Rauf Arifoğlu və İqbal Ağazadənin seçiciləri arasında qızğın mübarizə gediridi. Seçki günündən əvvəl sosial mediada hər iki şəxsin tərəfdarları arasında qızğın paylaşım, rəy polemikası kimi təbliğat mübarizəsi yaşanırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Müxalifət liderlərinin məxfi biznesi – SİYAHI


Hətta İqbal Ağazadə o zaman Rauf Arifoğlunun onunla eyni məntəqədən namizədliyini irəli sürməsinə münasibət bildirib:

“Mən heç vaxt Rauf bəyin dairəsindən - həm də həmişə iddialı olduğu, onun daima ordan namizədliyini verdiyini bildiyim dairədən - namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir.

Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Lakin Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə imtina etməyə vicdanları olsun”.

Hər iki namizəd bir müddət bu tip mesajlarla bir-birinin bostanına daş atırdı, amma həqiqət odur ki, hər ikisi mandatını dostuna belə keçmək fikrində deyildi. Hərçənd Rauf Arifoğlu da seçkilərdən qabaq İqbal Ağazadəni dost adlandırırdı. Di gəl ki...

“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit poll”un nəticələrində iki təşkilatın ölkə üzrə 236 seçki məntəqəsində “exit poll”u nəzərə alınıb. Sorğuda 10 119 səs verən şəxs iştirak edib. Həmin nəticələrə görə, Rauf Arifoğlu İqbal Ağazadədən daha çox səs toplayıb. Məhz bu xəbərdən sonra onların mübarizəsindəki adrenalin çoxaldı. Onlar həmin dövürdə mətbuatda bir-birlərini ancaq “onluq”dan nişan almağa başladılar. Ən “kəskin” və “dəqiq” faktlarla ittihamlar irəli sürdülər. Bir müddət sonra isə medianın gündəminə çevrildiklərini görüncə susmağa üstünlük verdilər. Çünki, “it gəlib örkəni aparmışdı”.

Son zamanlar isə jurnalistlərin onların bu savaşı və bir-birləri haqda ünvanladığı müxtəlif suallarla bağlı neytrallıq nümayiş etdirməyə üstünlük verirlər. 

İqbal Ağazadə “mən Rauf bəy haqda heç nə danışmıram”, Rauf Arifoğlu isə “İqbal bəylə heç bir hüsumətim yoxdu” kimi cavablarla yaxalarını qırağa çəkirlər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO