Şuşada kitab təqdimatı keçirildi – FOTOLAR

Şuşada kitab təqdimatı keçirildi – FOTOLAR

Hazırda oxunan: Şuşada kitab təqdimatı keçirildi – FOTOLAR

23158

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Təqdimat mərasimində nəzərə çatdırılıb ki, Şuşa və şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da tarixin sərt sınaqlarından uğurla çıxıb, bu müqəddəs torpağı canları, qanları bahasına mərdliklə qoruyublar.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani məlumat verib ki, müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, Vətənə sədaqətli xidmətləri və şanlı döyüş yolu barədə ətraflı məlumatlar veriləcək.

Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin əbədiyaşar ömürlərinə çıraq tutulur.

Bütün cəbhələrdə, eləcə də Şuşa istiqamətində, Şuşa şəhərində son gülləyə, son nəfəsədək vuruşan qəhrəman şəhid döyüşçülərimiz ehtiramla xatırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO