“Tərtər işi” uğrunda QRANT DAVASI - Əfqan Muxtarlıya kim MESAJ göndərib?  - VİDEO

“Tərtər işi” uğrunda QRANT DAVASI - Əfqan Muxtarlıya kim MESAJ göndərib?  - VİDEO

Hazırda oxunan: “Tərtər işi” uğrunda QRANT DAVASI - Əfqan Muxtarlıya kim MESAJ göndərib?  - VİDEO

23117

İctimaiyyətin gündəmindən çıxmayan “Tərtər işi” indi də insan hüquqları adı altında biznesə çevrilib. Bəzi “hüquq müdafiəçi”ləri maliyyə marağından dolayı cinayət işinin guya obyektiv araşdırılması təşəbbüsünə başlayıblar.  Əsl mahiyyət üzə çıxanda isə “təşəbbüskarlar” beləcə ifşa olunub.   

Bizim.Media-ya daxil olan məlumatlara görə Almaniyada məskunlaşmış müxalifət fəalı Əfqan Muxtarlı mənbəyi məlum olmayan tərəfin təklifi əsasında Tərtər işi ilə bağlı məşğul olmaq fikrindədir.
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin başında Nəcməddin Sadıkov durub – İDDİA


Mənbənin sözlərinə görə Əfqan Muxtarlıya “Tərtər işi”nin ictimai gündəmdə saxlanılması üçün Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri və Hərbi Prokurorluğun rəhbərliyinə qarşı kampaniyanın aparıldığı müddət ərzində maliyyə dəstəyinin göstərilməsi vəd olunub.

Əfqan Muxtarlı təklifdən imtina etməyib. Amma kampaniyaya başlaması üçün özünün də müəyyən araşdırma aparmasından ötrü vaxt istəyib. O, hakimiyyət daxilində gedən qruplararası mübarizədə tərəf qismində iştirak etmək fikrinin olmamasını desə də, yüksək vəzifəli şəxslərin ifşa olunmasında, xüsusilə “Tərtər işi” vasitəsilə ölkə rəhbərliyi barədə mənfi ictimai rəyin formalaşmasında maraqlı olduğunu bildirib. Əfqan Muxtarlı daha çox “Tərtər işi” məsələsində insan hüquqları mövzususu baxımından qrant layihəsi hazırlamağa meyilli olduğunu, eləcə də sözügedən cinayət işinə  xəyanət itihamı verilmədən digər ittihamlarla 2-3 il müddətinə həbs edilən hərbçilərin olmasının araşdırma işində maraq doğurduğunu bildirib. Əfqan Muxtarlı həyat yoldaşı Leyla Mustafayevanın belə məsələlərdə qrant ayıran donorlarla işgüzar kontaktları olduğunu qeyd edib. Həmçinin bildirib ki, “Tərtər işi” barədə ilkin layihə hazırlayaraq bundan maliyyə ayrılmasının mümkünlüyünün öyrənilməsi üçün əvvəlcədən təşkilatlarla məsləhətləşməlidir. Bu məqsədlə hazırda Əfqan Muxtarlı “Tərtər işi”ndə ölənlərin və işgəncə verilib həbs edilənlərin, eləcə də işgəncədə adı keçənlərin siyahısını əldə etməyə çalışır.

Qeyd edək ki, Əfqan Muxtarlının “Tərtər” məsələsinə maraq göstərməsi həmin iş üzrə qrant layihəsi həyata keçirən Niderlandda məskunlaşmış Leyla Yunusun eləcə də “Youtube” vasitəsilə kampaniya aparan Londonda məskunlaşmış Qurban Məmmədovun narazılığına səbəb olub.

Leyla Yunus həyat yoldaşı Arif Yunus vasitəsilə Əfqan Muxtarlıya mesaj göndərib ki, onlar bu işlə əvvəldən məşğuldurlar. Yəni məsələ ilə bağlı qrant almağa səy göstərməsin. 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu ETİRAF ETDİ – ŞOK SƏSYAZISI


Əfqan Muxtarlının sözlərinə görə yuxarıda göstərilən kampaniya ilə bağlı da oxşar məzmunlu başqa mesajı Qurban Məmmədovla əlaqəli “Tərtər işi”ndə adı keçənlərin valideynlərindən biri ona çatdırıb. Həmin valideyn Əfqan Muxtarlıya yazıb ki, Qurban Məmmədov və Ərəstun Oruclu “Tərtər işi”nin mahiyyətini olduğu kimi ifadə edirlər və onların məsələni başqa istiqamətə yönəldən şəxslərə ehtiyacı yoxdur. 

Təsadüfi deyil ki, bu günlərdə Qurban Məmmədova məxsus qalmaqallı səsyazısı ortaya çıxmışdı.

Səsyazmada Qurban Məmmədov xarici dövlətlərdən idarə olunduğunu və birbaşa müxtəlif ölkələrin diktəsi ilə çalışdığını etiraf etmişdi. Məlum səsyazıda bunlar qeyd olunmuşdu:

“Mənim apardığım bu iş tək mənim məhsulum deyil ee… Qardaşım, burada yüzlərlə ziyalı işləyir. Üstəgəl bəzi dövlətlər rəsmi qaydada mənlə əlaqəyə girir. Nəyi nə vaxt etmək lazımdır, dedirdirlər mənə…Onu bilirsiz…Başa düşdünüz məni?” 

Görünən odur ki, “Tərtər işi” müəyyən qrupların əlində maliyyə qaynağına çevrilib. İndi bu iki qrup Tərtər hadisələri üzərindən manipulyasiya və sui-istifadə ilə məşğuldurlar. 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO