Putin təcili Parisə uçan Paşinyana məktub göndərdi - SƏBƏB

Putin təcili Parisə uçan Paşinyana məktub göndərdi - SƏBƏB

Hazırda oxunan: Putin təcili Parisə uçan Paşinyana məktub göndərdi - SƏBƏB

23100

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana doğum günü münasibətilə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya və Ermənistan arasında münasibətlər çox uğurla inkişaf edir. Əminəm ki, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün ikitərəfli müttəfiqlik münasibətlərini möhkəmləndirməyə davam edəcəyik". Rus lideri belə deyib.

Putin Paşinyana möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb.

Xatırladaq ki, Nikol Paşinyan 1 iyun 1975-ci ildə Qazaxdan 30 km aralıda yerləşən Azərbaycanın qədim yaşayış məskəni olan Karvansarayda (indiki İcevan) anadan olub.

Qeyd edək ki, adətən ən yaxın siyasi təfərdaş olan ölkə liderləri doğum günlərində bir-birinə telefon zəngləri edirlər. Bu dəfə isə Paşinyanın Rusiyaya və şəxsən Vladimir Putinə qarşı xəyanəti ideyanın gercəkləməsinə imkan verməyib. Belə ki, Nikol Paşinyan dünən gecə Moskva ilə məsləhətləşmədən təcili Fransa prezidenti Makronun yanına uçub. Yəqin bu əlamətdar günü onunla qeyd edəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO