Maqnus Karlsen bu turnirin qalibi oldu - Teymur Rəcəbov mükafat ala bilmədi

Maqnus Karlsen bu turnirin qalibi oldu - Teymur Rəcəbov mükafat ala bilmədi

Hazırda oxunan: Maqnus Karlsen bu turnirin qalibi oldu - Teymur Rəcəbov mükafat ala bilmədi

23072

“Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO