40 km-lik yolun təmiri niyə DALANA dirənib? – SƏBƏB

40 km-lik yolun təmiri niyə DALANA dirənib? – SƏBƏB

Hazırda oxunan: 40 km-lik yolun təmiri niyə DALANA dirənib? – SƏBƏB

23035

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması işlərinin ləngiməsi narazılıq yaradıb. Şəkiyə gediş-gəlişi çətinləşdirən 40 kilometrlik bu yol 6 aydan çoxdur ki, keçilməz duruma gətirilib. Şəkiyə getmək istəyənlər sözügedən yolda ya 1 saata yaxın vaxt itirirlər, ya da Kürdəmir yolu vasitəsilə əlavə 80 km məsafə qət etmiş olurlar. Bölgəyə gedən bir çox yerli turistlər dəfələrlə sosial şəbəkələr üzərindən videolar yayımlayaraq real vəziyyəti canlandırıblar.

Etirazlarda təmirə dayanan yol Şəkiyə turist axınının qarşısını alan ən ciddi səbəblərdən biri kimi qeyd olunub. Əlavə olaraq bu gün millət vəkili Əli Məsimli Oğuz-Şəki yolu ilə bağlı iradını bildirib:

“Əgər yolu bərpa etməyəcəkdinizsə, niyə sökürdünüz? Aidiyyəti qurumlar bu məsələni uzadacaq və sonda da deyəcək ki, vəsait azlığı var”, deyə deputat əlavə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Turizm şəhəri Şəki xarabalığa ÇEVRİLİB – İcra Hakimiyyəti isə “gözləyin” deyir - VİDEO


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında sözügedən yolda işlərin texnaloji ardıcıllığa və inşaat normalarının tələblərinə uyğun aparıldığını deyib:

“Təmir işlərinə noyabr ayından başlanılb. Yolun uzunluğu 32 kilometrə yaxındır. Qısa müddət ərzində işlərin aparılması və asfaltlanması mümkün deyil. Avtomobil yolu müəyyən normalara uyğun inşa edilməlidir ki, tez sıradan çıxmasın. Bir neçə kəndə gedərkən yolun toz-duman olduğunu anlıyırıq. Şəkiyə isə alternativ yollar var. Yevlaxın Xaldan qəsəbəsindən Şəkiyə müasir yol inşa olunub. Ötən il payız aylarına kimi o yol istifadəyə verildi. Məhz o yolun istismarından sonra Oğuz-Şəki yolunun yenidən qurulması işlərinə başlandı”.

Anar Nəcəfli əlavə edib ki, sözügedən yolun inşasının 1 ilə yekunlaşması nəzərdə tutulub:

“İndi müvəqqəti çətinlikdir, başa düşürük. Amma nəhayətində bu yol vətəndaşlarımıza, sürücülərə xidmət edəcək. Yol yatağının mexaniki kipləşmə prosesi getməlidir ki, hər hansı çökmə və qabarmalar baş verməsin.Tədbirlər planında yolun 1 ilə yekunlaşacağı qeyd olunub. Yəni bu ilin payız aylarına qədər o yolda ən azı birinci asfalt-beton örtüyünün döşənməsi işləri bitəcək. Proses tez də başa çata bilər”, deyə Anar Nəcəfli əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO