Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq

Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq

Hazırda oxunan: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq

22894

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları start götürəcək.

Bizim.Media xəbər verir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşiyə qarşı mübarizə aparacaq. Şahmatçımız ilk qarşılaşmasında qara fiqurlarla oynayacaq.

Yarımfinalda T.Rəcəbov üzərində qələbə qazanan Maqnus Karlsen isə turnirin qalibi adı uğrunda ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO