Peruda dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOLAR

Peruda dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOLAR

Hazırda oxunan: Peruda dövlət binaları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOLAR

22835

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünün qeyd olunmasının şərəfinə Peru Konqresinin və paytaxt Limanın əsas tarixi rayonu hesab olunan Miraflores bələdiyyəsinin binaları Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Ölkəmizin Perudakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, bu münasibətlə Konqresdəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilyermo Aliaqa Paxares və Perudakı nümayəndəliyimizin əməkdaşının iştirakı ilə Konqres binasının qarşısında mərasim keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa Şurasının binası Azərbaycan bayrağına büründü - FOTO


Mərasimdə perulu millət vəkili AXC-nin qurulmasının 103-cü ildönümü münasibətilə ölkəmizə təbriklərini çatdırıb, belə tədbirlərin Peru ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Azərbaycanlı diplomat ölkəmiz üçün çox əlamətdar tarix olan Respublika Günü münasibətilə Peru tərəfinin vacib dövlət binalarının üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması ilə əlaqədar təşəkkürünü bildirib, habelə Konqres tərəfindən qəbul olunmuş təbrik bəyanatına görə minnətdarlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO