"Bizim keçmişdə olanlardan dərs çıxartmalıyıq. Dənizdən dənizə, Kürdən Araza qədər Ermənistan ideyasını unutmaq lazımdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın eks prezidenti Levon Ter-Petrosyan Ermənistan telekanallarından birinə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ter-Petrosyan müharibədəki məğlubiyyətdə günahkar olanların adlarını çəkdi – ŞOK FAKTLAR
Petrosyanın fikrincə, insan hakimiyyətə gələndə ölkədəki situasiyanı bilməlidir:
"Arzular yetkin olmayan cəmiyyətlərə xasdır. Hegemon dövlətlərin ətrafında nəhəng institutlar çalışır. Bütün siyasi addımların müsbət və mənfi tərəfləri dəyərləndirilir. Belə yanaşmaya öyrəşməyən insanlar dövləti idarə etmək iqtidarında deyil".
Bizim.Media