Koçaryan məğlub olacağını bilir - Revanşistlərin GİZLİ PLANI

Koçaryan məğlub olacağını bilir - Revanşistlərin GİZLİ PLANI

Hazırda oxunan: Koçaryan məğlub olacağını bilir - Revanşistlərin GİZLİ PLANI

22810

Ermənistanda baş verənlər tək öz ölkələri üçün deyil, bölgə üçün də maraqlıdır. Son günlər sərhəddə baş verən insidentlər isə diqqəti bu regiona daha da artırıb. Bəs Ermənistanda nə baş verir? Bu işdə kimlər maraqlıdır?

Hərbi ekspert Ə.Verdiyevin fikrincə, son zamanlar ermənilərin törətdikləri sərhəd təxribatları daha çox Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Koçaryandan XƏBƏRDARLIQ: "Mən məğlubiyyət səhifəsini bağlamaq üçün..."


“Ermənistanda parlament seçkilərini təxirə salmaq istəyən qüvvələr var. Bu səbəbdən onlar elə vəziyyət yaradırlar ki, ölkədə fövqəladə vəziyyət elan olunsun və seçkilər keçirilməsin.

Ermənistanın eks prezidenti Robert Köçəryan hazırda məğlub olacağını bildiyinə görə, seçkinin keçirilməsini qəti istəmir. Bir çox sorğular göstərir ki, hazırda Nikol Paşinyanın şansı daha çoxdur”.

Hərbi ekspert onu da qeyd edib ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəbi Zəngəzur dəhlizinin açılma prosesidir.

“Paşinyan seçildiyi təqdirdə Zəngəzur dəhlizi açılacaq, çünki baş nazir əvəzi dəfələrlə bu və digər kommunikasiyaların açılması haqqında mesajlar verir. Ona görə də ölkədə Köçəryanı dəstəkləyən hərbi qüvvələr seçkilərin təxirə düşməsi üçün aktiv işlər aparır.

Məlumdur ki, bir müddət əvvəl hərbi gərargahda 40 nəfər general Paşinyanın əleyhinə sənəd imzalayıb. Onik Qasparyandan başqa o generalların hamısı vəzifədədirlər. Məlum məsələdir ki, Köçəryana yaxın olan qüvvələr də bu təxribatda maraqlıdırlar”.

Ə.Verdiyev əlavə edib ki, təxribatlarda digər ikinci səbəb Ermənistanın KTMT-nin diqqətini öz üzərinə cəlb etmə cəhdləridir:

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəfələrlə müraciətinə baxmayaraq, indiyə qədər müsbət cavab ala bilməməsidir. KTMT-də təmsil olunan dövlətlərdən Belarus və Qazaxıstanın Azərbaycanla geniş iqtisadi əlaqələri var.
 

Bütün bu proseslərə nəzər salsaq görərik ki, sanki Ermənistan Rusiyadan bir fəaliyyət, bəyanat gözləyir. Bundan başqa Ermənistan KTMT-dən bəyanata nail olmaq istəyir. Çünki ortada heç bir bəyanat belə yoxdur. Mənim fikrimcə, hazırda baş verən təxribatlarda bu iki səbəb daha qabarıq şəkildə özünü  biruzə verir”.


Hərbi ekspert sonda onu da vurğulayıb ki, Koçaryan tərəfdarları arasında daha çox əli azərbaycanlıların qanına batmış çoxlu hərbçi var. 

"Ona görə də revanşist qüvvələr Ermənistanda hər cür təxribata gedə bilərlər. Onlar hələlik Azərbaycanla sərhəddə təxribat törətməkdən başlayıblar. Böyük ehtimalla öz ölkələrində də seçkidən öncə və sonra X planları var.

Onlar qana həris qüvvələr olduğundan, öz xalqlarına belə acımayacaqlar. Xüsusilə də Koçaryan, onun 2008-ci ildən belə təcrübəsi var", - deyə ekspert fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO