Dekabrın 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Dekabrın 31-də kimlər anadan olub?
Yusif Məmmədəliyev (1905-1961) - Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Respublika Elmlər Akademiyasının prezidentidir (1947-1950; 1958-1961).
Covanni Boldini (1842-1931) - italyan rəssamı, rəssam-portret ustasıdır.
Entoni Hopkins (1937) – britaniyalı aktyor, rejissor və prodüserdir. O, daha çox "Quzuların səssizliyi", "Hannibal" və "Qırmızı Əjdaha" filmləri ilə tanınır.
Dekabrın 31-də dünyada baş verən tarixi hadisələr
1898-ci ildə Moskva-Sankt-Peterburq telefon xətti Rusiya imperiyasının iki paytaxtını birləşdirib.
O dövrdə uzunluğu 660 km olan xətt Avropada ən uzun rabitə xətti olub.
1999-cu ildə Boris Yeltsin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefa verib.
Rusiya Prezidenti Vladimir Putin prezident səlahiyyətlərini icra edən təyin edilib.
1992-ci il dekabrın 31-dən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Bizim.Media
![Tarixdə bu gün: 31 dekabr Tarixdə bu gün: 31 dekabr](https://bizim.media/file/articles/2024/12/31/1735623539_5449362460176934301-1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:42 / 31.12.2024
Tarixdə bu gün: 31 dekabr
Hazırda oxunan: Tarixdə bu gün: 31 dekabr
Hazırda oxunan: Tarixdə bu gün: 31 dekabr
227876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.