Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsini böyük coşqu ilə qeyd ediblər.
Bizim.Media xəbər verir ki, Marneuli şəhərinin küçələrində üzərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları asılmış avtomobillərlə yürüş təşkil olunub. Əllərində bayraqlar tutmuş sakinlər də “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan Prezidenti!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan-Gürcüstan-Türkiyə qardaşlığı əbədidir!” şüarlarını səsləndiriblər.
Daha bir bayram tədbiri Qardabani rayonunun Qaracalar kəndində də qeyd olunub.
Bu münasibətlə böyük bayram süfrəsi açılıb.
El ağsaqqalları, ziyalılar Şuşanın azad olmasına çox sevindiklərini və yaxın vaxtda bütün Qarabağın işğaldan azad olunacağına inandıqlarını bildiriblər.
Bizim.Media
![Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər](https://bizim.media/file/articles/2020/11/08/1604852454_g.jpg)
- A-
- A
- A+
Dünya
20:17 / 08.11.2020
Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər
Hazırda oxunan: Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər
Hazırda oxunan: Gürcüstanda yaşayan azərbaycanlılar Şuşanın azad olunmasını qeyd ediblər
2274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.