Ermənistanın müdafiə naziri yenə Moskvadadır – Şoyqu ilə nədən danışdılar?

Ermənistanın müdafiə naziri yenə Moskvadadır – Şoyqu ilə nədən danışdılar?

Hazırda oxunan: Ermənistanın müdafiə naziri yenə Moskvadadır – Şoyqu ilə nədən danışdılar?

22732

Rusiya Müdafiə Naziri, Ordu generalı Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutyunyan arasında cümə günü Moskvada işçi görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, rusiyalı nazir regional təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.

"Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin işi ilə əlaqəli regional təhlükəsizlik məsələlərini, əlbəttə bu anda ortaya çıxan bütün kəskin problemləri müzakirə edəcəyik”, deyə Şoyqu giriş nitqində qeyd edib.

"Bu gün, mənim fikrimcə çox uğurla inkişaf edən bütün əməkdaşlıq məsələlərindən danışacağıq”. Arutyunyan isə belə deyib.

Görüşü açan Şoyqu Rusiya ilə Ermənistanın həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində hərbi əməkdaşlığı gücləndirdiklərini virğulayıb.

"Silahlı Qüvvələrimizin Birgə Qüvvələr Qrupunun, eləcə də Qafqazın kollektiv təhlükəsizlik bölgəsində Birgə Regional Hava Müdafiə Sisteminin yaradılması ilə bağlı razılaşmalar uğurla həyata keçirilir ... İkitərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi Regional təhlükəsizliyin təmin edilməsində vacib amil hesab etdiyimiz Ermənistandakı 102-ci Rusiya hərbi bazasının fəaliyyətidir”, deyə o, əlavə edib.

Rusiyalı nazir yüksək səviyyəli erməni hərbi nümayəndə heyətlərinin ənənəvi olaraq Rusiya Müdafiə Nazirliyinin əhəmiyyətli tədbirlərində iştirak etdiyini xatırladıb:

"Sizi iyun ayında keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransında görməkdən məmnun qalacağıq. Avqust-sentyabr aylarında Ermənistan Respublikasının nümayəndələrini Beynəlxalq Ordu Oyunlarına və Ordu-2021 beynəlxalq hərbi-texniki forumuna gözləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO