Kristina Uormut ABŞ Senatı tərəfindən ABŞ Ordusunun naziri olaraq təsdiqlənib.
Bizim.Media xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olacaq. Deputatlar yekdilliklə 52 yaşlı siyasətçinin təyin edilməsi üçün səs veriblər. İnformasiya Demokratlar Partiyasının Twitter səhifəsində yayımlanıb.
Uormutun bu vəzifədə yerinə yetirəcəyi əsas funksiyalar müdafiə sahəsi ilə əlaqəli siyasət, proqram və büdcələrə nəzarət etməkdir.
"Ordu naziri olmaq mənim üçün böyük şərəfdir. Bu rolda xidmət etmək böyük bir imtiyaz və məsuliyyətdir" deyə o, “Twitter”də yazıb.
Barak Obamanın prezidentliyi dövründə Uormut Müdafiə Nazirliyində siyasi məsələlər üzrə nazir müavini vəzifəsində çalışıb.
Uormut Ağ Evdə Milli Təhlükəsizlik Şurasında (MTŞ) işləyirdi. ABŞ prezidenti Jozef Baydenin Müdafiə Nazirliyindəki keçid komandasına da rəhbərlik edib.
Bizim.Media
CONFIRMED: Christine Elizabeth Wormuth to be Secretary of the Army.
— U.S. Senate Majority Floor Updates (@DSenFloor) May 27, 2021
By unanimous consent.