Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşdı - FOTO

Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşdı - FOTO

Hazırda oxunan: Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşdı - FOTO

22661

Xəstəxanaya yerləşdirilən əməkdar artist Zöhrə Abdullayevanın vəziyyəti ağırlaşıb.

Bizim.Media verir ki, bu haqda sosial şəbəkədə aparıcı Hacı Nuran məlumat verib:

"Zöhrə Abdullayevanı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirmişdik. Bu dəqiqə onun hamının duasına ehtiyacı var. Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqə onun üçün hamının dua etməsini istəyirəm.

Çünki Zöhrə anamın bu dəqiqələrdə ancaq duaya ehtiyacı var. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın!".

Qeyd edək ki, Zöhrə Abdullayeva bir müddət əvvəl revmatizmadan əziyyət çəkdiyini və uzun müddət xəstəxanada qaldığını demişdi.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO