İyunun 4-6-da Bakıda keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.
MÖVZU İLƏ BAĞLI:
DYP-dən sürücülərə MÜRACİƏT
“Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik”, – deyə məlumatda bildirilir.
Bizim.Media